Masallı Qarğalıq kəndi ərazisində səyyar-görüş qəbulu

Masallı Qarğalıq kəndi ərazisində səyyar-görüş qəbulu
  • 29-04-2022, 16:18
  • 33 dəfə oxunub
Reklam

"İqtisad.Org" Masallı Rayon İcra Hakimiyyətinin rəsmi saytına istinadən xəbər verir ki, 27 aprel 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Qarğalıq kəndində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.
Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Kərimov Rəbbi Kamil oğlu, Şəhid atası Hüseynov Teymur Sənham oğlu, Niftiyev Telman Xıdır oğlu, Fətullayev Səməd Hacıbaba oğlu, Əliyev Nurəddin Əlihüseyn oğlu, Əhmədov Zəfər Zəki oğlu, Əsədov Oruc Əsəd oğlu və başqaları çıxış edərək Qarğalıq və Əminli kənd tam orta məktəblərinin yeni binasının tikilməsi, Qarğalıq kənd ərazisində içməli suyun çəkilməsi, Qədirli və Xallıcallı kənd yollarına asfalt vurulması, Qarğalıq uşaq bağçasının təmir edilməsi, Şəhriyar kənd yoluna çınqıl döşənməsi və s. məsələlər barədə müraciət etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İxtira və əmtəə nişanlarına görə ödənişlərin məbləği artırılıb - SİYAHIBu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilibİlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edibDTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edibPrezident modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayırıb - SİYAHIİTV: “Avroviziya” təşkilatçıları bizdən israrla başqa nəticələrin açıqlanmasını istəyirdilər"Azərbaycanda magistral yollarda baş verən qəzaların sayı 36 faiz artıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyübLitva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıbMN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"Vladimir Putinin İrana səfəri gözlənilirAzərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri vəfat edibLənkəranda elektron qolbaq daşıyan şəxs məscidin nəzir qutusunu qarət edibUkrayna Baş Qərargahı: “Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır"İlin ilk Ay tutulması başa çatıbBolqarıstanın Baş naziri Azərbaycan qazının sərfəli olacağını bildiribCıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunubAzərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaqFHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBQXK-dən I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı açıqlamaİrandan Azərbaycana narkotik keçirən şəxslər əmrə tabe olmayıb, saxlanılanlar varXalq şairi Fikrət Qocanın abidəsinin açılışı olub