Xaçmaz RPŞ-nin rəisi Həmid Həsənovun Ramazan bayramı münasibət ilə təbriki

Xaçmaz RPŞ-nin rəisi Həmid Həsənovun Ramazan bayramı münasibət ilə təbriki
  • 1-05-2022, 16:38
  • 33 dəfə oxunub
Reklam

Xaçmaz rayon polis şöbəsinin rəisi polis polkovniki Həmid Həsənov : İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları sülh, əmin-amanlıq və bərabərlik yoluna dəvət edir, mənəvi-əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirir. Xalqımız həmişə milli mənəvi və islami dəyərlərə sadiqliyi ilə seçilmiş, Azərbaycan islam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olmuşdur. Ulu öndər Heydər Əliyev cəmiyyətimizin milli-mənəvi əsaslarının möhkəmləndirilməsini, çoxəsrlik adət-ənənələrinin qorunub-saxlanmasını və inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlamış, bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirmişdir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövlət-din münasibətləri sahəsindəki strateji kurs bu gün də uğurla davam etdirilir. Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmləndiyini, ölkəmizdə məscid və dini ibadət yerlərinin inşa edildiyini diqqətə çatdırdı.

Xaçmaz sakinləri başda olmaqla, əziz xalqım !

Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram.

11 ayın sultanı olan Ramazan bizi ədalətə, həmrəyliyə və mərhəmətə dəvət edir.

Vətən Müharibəsində qazandığımız Tarixi Zəfər bu il Ramazan bayramını sonsuz sevinc və böyük fəxarət hissi ilə keçirməyimizə vəsilə olub.

Əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması yolunda canından keçən bütün ŞƏHİDlərimizin əziz xatirəsini Ramazan bayramında dərin ehtiramla anırıq.

Tutduğunuz orucların və etdiyiniz duaların qəbul olunmasını arzulayır, Sizə və ailələrinizə firavanlıq diləyirəm.

P.S : Nəzərinizə çatdıraq ki, hər il olduğu kimi bu il də, Xaçmaz rayon polis şöbəsinin rəisi polis polkovniki Həmid Həsənov, Xaçmaz rayonunda aztəminatlı ailələrə bayramla əlaqədar olaraq öz maddi yardımını göstərmiş, bu xeyirxahlıq missiyası sakinlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İxtira və əmtəə nişanlarına görə ödənişlərin məbləği artırılıb - SİYAHIBu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilibİlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edibDTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edibPrezident modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayırıb - SİYAHIİTV: “Avroviziya” təşkilatçıları bizdən israrla başqa nəticələrin açıqlanmasını istəyirdilər"Azərbaycanda magistral yollarda baş verən qəzaların sayı 36 faiz artıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyübLitva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıbMN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"Vladimir Putinin İrana səfəri gözlənilirAzərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri vəfat edibLənkəranda elektron qolbaq daşıyan şəxs məscidin nəzir qutusunu qarət edibUkrayna Baş Qərargahı: “Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır"İlin ilk Ay tutulması başa çatıbBolqarıstanın Baş naziri Azərbaycan qazının sərfəli olacağını bildiribCıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunubAzərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaqFHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBQXK-dən I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı açıqlamaİrandan Azərbaycana narkotik keçirən şəxslər əmrə tabe olmayıb, saxlanılanlar varXalq şairi Fikrət Qocanın abidəsinin açılışı olub