Xudayar Sultanlı :Müasir Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi – Ulu Öndərin anadan olmasından 99 il ötür

Xudayar Sultanlı :Müasir Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi – Ulu Öndərin anadan olmasından 99 il ötür
  • 9-05-2022, 23:08
  • 31 dəfə oxunub
Reklam

Azərbaycan Dövlət Pedaqoji Univeristeti Cəlilabad filialına rəhbərlik edən dosent, fəlsəfə doktoru Xudayar Sultanlı : Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.


Müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün işıqlı həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin həyatının 40 ildən artıq bir dövrü ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunub. Odur ki, Azərbaycanın inkişaf prosesinin əsasını qoyan, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev xalqımızın qəlbində daim yaşayır və yaşayacaqdır.

Heydər Əliyev təkrarolunmaz keyfiyyətlərə malik dahi şəxsiyyətdir. Azərbaycan tarixinin önəmli bir dövrü-XX əsrin ikinci yarısı, XXI əsrin başlanğıcı onun adı ilə bağlıdır. Xalqın bütün maddi və mənəvi həyat sverasına gətirdiyi zənginlikləri saymaqla bitməz. Çünki Ulu Öndərin taleyi millətin taleyi, xalqın taleyi idi. Millətinin dərdi, ağrısı onun dərdi, xalqının xoşbəxtliyi isə onun xoşbəxtliyi idi. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mənsub olduğu millətin dilini, tarixini, mədəniyyətini dünyaya tanıtdı. Bu mövzuda söhbət düşəndə deyirdi ki, dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən silmək üçün onun dilini, tarixini, eləcə də mədəniyyətini əlindən almaq kifayətdir. O, SSRİ kimi böyük imperiyanın tərkibində olan Azərbaycanın 1978-ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdur ki, bu da Heydər Əliyevin dilinə, dininə və milli dəyərinə bağlılığının parlaq təzahürüdür.

Görkəmli şəxsiyyət hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır.

Taleyinə yalnız qurmaq və yaratmaq missiyası yazılmış bu böyük insan xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürərək müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımızı bir çox bəlalardan xilas etdi. 90-cı illərin əvvəllərində ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev ölkədə vətəndaş müharibəsinin qarşısını aldı, ayrı-ayrı siyasi qüvvələri və şəxslərə tabe olan silahlı birləşmələri ləğv etdi. Vahid komandanlığa tabe olan ordu yaratdı. Ulu Öndər tərəfindən görülən böyük işlərin, həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təyin etmək üçün bütün təminatlara, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur. Onun rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü islahatlar aparılmışdır. Ulu Öndərin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması, söz və mətbuat azadlığı, siyası partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün Qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formalaşması ilə nəticələnmişdir.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev respublikamızda quruculuq tədbirlərinə neft strategiyasının yaradılması və həyata keçirilməsi ilə başladı. Ulu Öndər tərəfindən dəqiqliklə həyata keçirilən neft strategiyası bu gün ölkəmizin iqtisadi yüksəlişində mühüm rol oynayır. Dünyada analoqu olmayan “Əsrin müqaviləsi” fəaliyyətə başladığı andan respublikamızın iqtisadi-sosial və siyası sabitliyi xarici ölkələrin Azərbaycana olan maraqlarını artırmış, nəticədə xarici valyutaların axınına şərait yaranmışdır.

Ümummilli Lider ölkəmizdə qeyri-neft sektorunun inkişafını da ön plana çəkmiş, bu sahədə uğurlu yüksəlişə nail olmuşdur. Həyata keçirilən aqrar islahatlar və bu islahatların uğurlu nəticələri xalqın güzəranını xeyli yüksəltmişdir. Əmək qabiliyyətli əhalinin üçdə birini özündə birləşdirən aqrar sahədə islahatların mühüm əhəmiyyəti olduğunu yetərincə qiymətləndirən dahi şəxsiyyət bu sahə ilə bağlı zəruri addımlar atmışdır.

Ümumiyyətlə Heydər Əliyev Azərbaycanın adını bir dövlət kimi dünya tarixinə böyük hərflərlə və əbədi olaraq yazdı. Onun qeyri-adi istedadı, dərin zəkası, fenomenal qabiliyyəti, dövlətçilik məharəti dünya nəhəngləri arasında onun yerini müəyyənləşdirdi. O, zamanla ayaqlaşan, bəzən onu qabaqlayan siyasətçilərdən idi. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır.

Görkəmli dövlət xadimi Heydər Əliyev fəaliyyəti dövründə bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülüb. O, dörd dəfə Lenin Ordeni, Qırmızı Ulduz Ordeni və çoxlu medallarla təltif edilib. İki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb. Bir çox xarici dövlətlərin orden və medalları ilə təltif edilib.

Azərbaycanın son 30 ildən artıq bir dövrü- xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində qazanılan uğurlar məhz onun adı ilə bağlıdır. Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu olan Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Məhz bunun nəticəsidir ki, o, sağlığında canlı əfsanəyə çevrilib. Buna görə Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib. Onun heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə daxilində, istərsə də xaricdə yüksək dəyərləndirilib.


Ulu öndər Heydər Əliyevin anadan olmasından 99 il ötür. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun nurlu və doğma siması göz önündə canlanır.
Ulu Öndərin çox zəngin və mənalı ömrünün hər ayı, hər günü bir dastandır. Hər il mayın 10-da xalqımız dünyaşöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının ildönümünü böyük ehtiramla qeyd edir, bu dahi insanla bağlı xatirələr bir daha dilə gəlir. Müxtəlif vaxtlarda çəkilmiş fotoşəkillər bizi Heydər Əliyevli günlərə qaytarır.

Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın məşhur simalarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.

Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. O, Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər görmüş tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu Öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxmışdır.

Ötən 19 ildə Heydər Əliyev siyasətini inamla davam etdirən Prezident İlham Əliyev ordu quruculuğu məsələlərini xüsusilə diqqət mərkəzində saxlayıb. Bu illərdə Azərbaycan Ordusu ən müasir standartlar səviyyəsində gücləndirilib, döyüş imkanlarını hərb sənayesinin yeniliklərinə uyğun artırıb. Yenilikçi rəhbər olan İlham Əliyev Ali Baş Komandan kimi ordumuzun da müasir çağırışlarla ayaqlaşmasını təmin edib. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsini şərtləndirən amillər əsgərlərimizin vətənpərvərliyi və yüksək döyüş ruhu ilə yanaşı, həm də ordumuzun müasir hərbi imkanlara malik olmasıdır.

Heydər Əliyev Azərbaycan Ordusunu yaratdı, İlham Əliyev isə onu dünyanın ən güclüləri sırasına çıxardı. Bu ordu qarşısında duran tarixi missiyanı, yaradıcısı olan Heydər Əliyevin arzusunu və vəsiyyətini yerinə yetirdi.

Xalqımız bundan sonra da bu dahi şəxsiyyəti daim minnətdarlıq hissi ilə xatırlayacaq, onun əziz xatirəsi qəlblərimizdə yaşayacaq.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İxtira və əmtəə nişanlarına görə ödənişlərin məbləği artırılıb - SİYAHIBu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilibİlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edibDTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edibPrezident modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayırıb - SİYAHIİTV: “Avroviziya” təşkilatçıları bizdən israrla başqa nəticələrin açıqlanmasını istəyirdilər"Azərbaycanda magistral yollarda baş verən qəzaların sayı 36 faiz artıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyübLitva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıbMN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"Vladimir Putinin İrana səfəri gözlənilirAzərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri vəfat edibLənkəranda elektron qolbaq daşıyan şəxs məscidin nəzir qutusunu qarət edibUkrayna Baş Qərargahı: “Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır"İlin ilk Ay tutulması başa çatıbBolqarıstanın Baş naziri Azərbaycan qazının sərfəli olacağını bildiribCıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunubAzərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaqFHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBQXK-dən I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı açıqlamaİrandan Azərbaycana narkotik keçirən şəxslər əmrə tabe olmayıb, saxlanılanlar varXalq şairi Fikrət Qocanın abidəsinin açılışı olub