Vladimir Putinin İrana səfəri gözlənilir

Vladimir Putinin İrana səfəri gözlənilir
  • 22-05-2022, 16:11
  • 37 dəfə oxunub
Reklam

Rusiya Prezidenti Vladimir Putinin İrana cavab səfəri edəcəyi gözlənilir.

“Report” xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Calali “RİA Novosti”yə müsahibəsində bildirib.

“Biz Rusiya Prezidenti Vladimir Putini ona uyğun vaxtda qəbul etməyə hazırıq. Habelə biz Tehranda “Astana formatı”nda Zirvə toplantısını keçirməkdə də maraqlıyıq”, - diplomat qeyd edib.

Onun sözlərinə görə, 2022-ci il yanvarın 19-20-də İran Prezidenti İbrahim Rəisinin Moskvaya səfəri iki ölkə arasında dönüş nöqtəsi olub. Səfir deyib ki, son aylarda iki ölkə prezidentinin razılaşmalarının həyata keçməsi məqsədilə müxtəlif sahələri təmsil edən çoxsaylı nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutub.

Qeyd edək ki, Suriya məsələləri üzrə sülh danışıqları prosesi olan “Astana formatı” Rusiya, Türkiyə və İranın təşəbbüsü ilə 2017-ci il yanvarın 23-24-də Qazaxıstanın paytaxtı Nur-Sultanda (2019-cu ilədək Astana) keçirilən görüşdə yaranıb. Bu formatın məqsədi Suriyada vətəndaş müharibəsini başa çatdırmaqdır. Danışıqlar prosesində Rusiya, Türkiyə, İran, ABŞ, və BMT, habelə Bəşar Əsədin və müxalifətin nümayəndələri iştirak edir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İtaliya Prezidenti Azərbaycan liderinə məktub ünvanlayıbNarkotik qaçaqmalçıları Zəngilanda sərhədçilərə atəş açıb, saxlanılan varAzərbaycanın radiolarında aşkarlanan nöqsanlar açıqlanıbABŞ dövlət katibinin müavini Azərbaycana səfərə gəlibNeftçalada yol tikintisinə 3,9 milyon manat ayrılıb - SƏRƏNCAMTƏBİB qəzaya düşən məktəblilərin durumu ilə bağlı daha bir məlumat yayıbSənayenin qeyri-neft-qaz sektorunda istehsal 14 %-dən çox artıbAzərbaycanın qeyri neft-qaz sektoruna investisiyalar 15 %-dək artıbBakıda sərnişin taksi sürücüsünün telefonunu danışmaq adı ilə götürərək qaçıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox artıbBeş rayonda ağac kəsilməsi ilə bağlı cinayət işi başlanılıbBu il daha 1500 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev veriləcəkAzərbaycan Ordusunun snayperlərinin təlimi başlayıbKTM: "Ötən ay zəhərlənmə ilə bağlı 756 nəfər müraciət edib, 6 nəfər ölüb"Türkiyə diplomatını öldürən erməni terrorçu İrəvanda saxlanılıbUkrayna daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edibUkrayna və Rusiya 100 hərbçinin meyitini dəyişiblərGəncə Tibb Kolleci islahatların önündə gedən müəssisələrdən biridirHər bir peşə gözəldir, Elxan Hüseynov kimi rektorlar olan yerdəBu insanın gördüyü işlər misilsizdir - Bakı Su Kanal idarəsinin Həmkarlar Təşkilatının sədri Natiq CəbrayılovBinəli Yıldırım: "Artıq Zəngəzur dəhlizi açılmalıdır"İlham Əliyev: “Bizim Qafqaza baxışımız regionda əməkdaşlıq, inteqrasiya və sülhdür”