DTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edib

DTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edib
  • 22-05-2022, 16:11
  • 20 dəfə oxunub
Reklam

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri çərçivəsində daha əvvəl silahlı terror təşkilatının Türkiyə Respublikası ərazisində fəaliyyət göstərən birliklərinə üzv olma şübhəsi ilə Türkiyə ərazisində saxta pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi saxlanılaraq həbs edilib, lakin təqsiri sübuta yetirilmədiyi üçün azad edilən Azərbaycan vətəndaşı, 1977-ci il təvəllüdlü Osmanov Akif Aydın oğlunun dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda terror aktlarının törədildiyi silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən olunub.

"Report" xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb.

Başlanılan cinayət işi üzrə aparılmış araşdırmalar nəticəsində Akif Osmanovun Suriya Ərəb Respublikasının Atma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəməklə dini radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak etməsi, qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alması, habelə terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan vətəndaşının adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə olmasına dair mötəbər dəlillər əldə edilib.

Akif Osmanov şübhəli şəxs qismində tutularaq Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İtaliya Prezidenti Azərbaycan liderinə məktub ünvanlayıbNarkotik qaçaqmalçıları Zəngilanda sərhədçilərə atəş açıb, saxlanılan varAzərbaycanın radiolarında aşkarlanan nöqsanlar açıqlanıbABŞ dövlət katibinin müavini Azərbaycana səfərə gəlibNeftçalada yol tikintisinə 3,9 milyon manat ayrılıb - SƏRƏNCAMTƏBİB qəzaya düşən məktəblilərin durumu ilə bağlı daha bir məlumat yayıbSənayenin qeyri-neft-qaz sektorunda istehsal 14 %-dən çox artıbAzərbaycanın qeyri neft-qaz sektoruna investisiyalar 15 %-dək artıbBakıda sərnişin taksi sürücüsünün telefonunu danışmaq adı ilə götürərək qaçıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox artıbBeş rayonda ağac kəsilməsi ilə bağlı cinayət işi başlanılıbBu il daha 1500 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev veriləcəkAzərbaycan Ordusunun snayperlərinin təlimi başlayıbKTM: "Ötən ay zəhərlənmə ilə bağlı 756 nəfər müraciət edib, 6 nəfər ölüb"Türkiyə diplomatını öldürən erməni terrorçu İrəvanda saxlanılıbUkrayna daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edibUkrayna və Rusiya 100 hərbçinin meyitini dəyişiblərGəncə Tibb Kolleci islahatların önündə gedən müəssisələrdən biridirHər bir peşə gözəldir, Elxan Hüseynov kimi rektorlar olan yerdəBu insanın gördüyü işlər misilsizdir - Bakı Su Kanal idarəsinin Həmkarlar Təşkilatının sədri Natiq CəbrayılovBinəli Yıldırım: "Artıq Zəngəzur dəhlizi açılmalıdır"İlham Əliyev: “Bizim Qafqaza baxışımız regionda əməkdaşlıq, inteqrasiya və sülhdür”