DİM 38 mindən çox abituriyent üçün qəbul imtahanı keçirəcək

DİM 38 mindən çox abituriyent üçün qəbul imtahanı keçirəcək
  • 2-06-2022, 14:41
  • 18 dəfə oxunub
Reklam

Dövlət İmtahan Mərkəzi 4-5 iyunda I ixtisas qrupu, həmçinin iyunun 5-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

DİM-dən "Report"a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İştirakçılar mayın 27-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 11:00‑da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 160 imtahan binası, 2865 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 160 ümumi imtahan rəhbəri, 476 imtahan rəhbəri, 3564 nəzarətçi–müəllim, 435 buraxılış rejimi əməkdaşı, 160 bina nümayəndəsi ayrılıb.

İyunun 4-də keçiriləcək imtahanda 21 753, iyunun 5-də keçiriləcək imtahanlarda isə 16 786 nəfər olmaqla, ümumilikdə 38 539 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanlarda 24 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyunun 3-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

İmtahanların gedişini işıqlandırmaq üçün 45 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İtaliya Prezidenti Azərbaycan liderinə məktub ünvanlayıbNarkotik qaçaqmalçıları Zəngilanda sərhədçilərə atəş açıb, saxlanılan varAzərbaycanın radiolarında aşkarlanan nöqsanlar açıqlanıbABŞ dövlət katibinin müavini Azərbaycana səfərə gəlibNeftçalada yol tikintisinə 3,9 milyon manat ayrılıb - SƏRƏNCAMTƏBİB qəzaya düşən məktəblilərin durumu ilə bağlı daha bir məlumat yayıbSənayenin qeyri-neft-qaz sektorunda istehsal 14 %-dən çox artıbAzərbaycanın qeyri neft-qaz sektoruna investisiyalar 15 %-dək artıbBakıda sərnişin taksi sürücüsünün telefonunu danışmaq adı ilə götürərək qaçıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox artıbBeş rayonda ağac kəsilməsi ilə bağlı cinayət işi başlanılıbBu il daha 1500 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev veriləcəkAzərbaycan Ordusunun snayperlərinin təlimi başlayıbKTM: "Ötən ay zəhərlənmə ilə bağlı 756 nəfər müraciət edib, 6 nəfər ölüb"Türkiyə diplomatını öldürən erməni terrorçu İrəvanda saxlanılıbUkrayna daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edibUkrayna və Rusiya 100 hərbçinin meyitini dəyişiblərGəncə Tibb Kolleci islahatların önündə gedən müəssisələrdən biridirHər bir peşə gözəldir, Elxan Hüseynov kimi rektorlar olan yerdəBu insanın gördüyü işlər misilsizdir - Bakı Su Kanal idarəsinin Həmkarlar Təşkilatının sədri Natiq CəbrayılovBinəli Yıldırım: "Artıq Zəngəzur dəhlizi açılmalıdır"İlham Əliyev: “Bizim Qafqaza baxışımız regionda əməkdaşlıq, inteqrasiya və sülhdür”