Şahin Məmmədov Masallı əhalisinin etimadını qazanıb

Şahin Məmmədov Masallı əhalisinin etimadını qazanıb
  • 13-06-2022, 13:48
  • 130 dəfə oxunub
Reklam

İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.

Həmişə belə olur. Masallı barədə nə isə yazmaq istəyəndə mütləq digər rayonlardan olan çoxsaylı dostlarımdan xahiş edirəm ki, heç biri məndən inciməsin. Çünki bura mənim üçün daha əziz, daha doğma və görmək üçün darıxdığım bir yerdir. Hər kim nə desə də fakt faktlığında qalır. Bu diyarın tarixi, təbiəti, mədəniyyəti, insanları və bir də mətbəxi haqqında nə yazsaq, neçə dəfə yazsaq, yenə də azdır. Bu gün Masallıda böyük işlər görülür, rayon yenidən tikilir, gözəl obyektlər istifadəyə verilir.Masallı rayonunda görülən işlərin miqyası çoxəhatəlidir. Masallının zəngin təbiətə , turizm potensialına malik olması bir yana burada görülən işlər bir-başa rayon rəhbərliyinin təşəbbüsü, zəhməti sayəsində ərsəyə gəlib. Sözsüz ki, hər kəsin fəaliyyəti bu gün göz önündədir. Hər bir məmura qiyməti isə zamanında verilir. Onu da qeyd edim ki, bu sistemdə həqiqətən səviyyəli, bacarıqlı, dövlətinə və Vətəninə sədaqətlə xidmət edən məmurlar da az deyil.

Bunlardan biri də Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Kərim oğlu Məmmədovdur. Şahin Məmmədov Azərbaycan Respublikası Prezdentinin 20 noyabr 2019-cu- il tarixli Sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir Daim səmimiliyi ilə, savadı və bacarığı ilə seçilən Şahin müəllim digərlərindən fərqləndirən əsas cəhət sözünə bütov olması, vətəndaşlarla təmas qurmağa maraqlı olması, fəaliyyətində açıq, şəffaf olmasıdır.

Yadımdadır, vaxt var idi ki, rayon icra hakimiyyətinin binası əksər hallarda şikayətçilərlə əhatə olunurdu. Günün hansı vaxtında getsən giley-güzar edən, hay-küy salan, yardım istəyən adamlara rast gəlirdik. İndi tamam başqa mənzərədir.Masallı rayonunda hərə öz işi ilə məşğuldur. İcra hakimiyyəti aparatında da hər kəs vəzifəsini bilir, ona uyğun hərəkət edir.

Vəziyyətin nizama salınmasının başlıca səbəblərindən biri rayon əhalisinin maddi-rifah halının tədricən yüksəlməsidir. Burada iş görən, torpağından səmərəli istifadə etmək istəyən adamlara münbit şəraitin yaradılması, izahat-təbliğat işinin gücləndirilməsi, hüquqi biliklərin təbliği də mühüm əhəmiyyət kəsb edir. Amma ən başlıca amil vətəndaşlara münasibətdir, diqqətdir. Bəri başdan qeyd edək ki, Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov bu rayonda fəaliyyətə başladığı gündən adamlara qaynayıb-qarışıb, onların dərdini-sərini öyrənib, kömək göstərib. Rayonun infrastrukturunun da dəyişdirilməsi, yeni iş yerlərinin açılması, problemlərin imkan daxilində həlli vəziyyəti nizama salıb.


Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Şahin müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Şahin Məmmədovu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir. Hər kəsə bəllidir ki, Şahin Məmmədov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Şahin Məmmədov, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Şahin Məmmədov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Şahin müəllimin həyat yolu....

01 yanvar 1959-cu ildə Azərbaycan Respublikası Bərdə şəhərində anadan olmuşdur. 1965-1975-ci illərdə Bərdə şəhər 3 saylı orta məktəbdə oxumuşdur. Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975-1983-cü illərdə “Azelektromontaj” idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləmişdir. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir. 1983-1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib vəzifəsində işləyib. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Azəraudit” mərkəzinin Bərdə rayon şöbəsinin rəisi, 1993-1995-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti Başcısının sosial-iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində işləmişdir.

28 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.

Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “Müdafiə Nazirliyi 1918” yubiley medalı, Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən “Veteran Həmrəyliyi” medalı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Fədai” medalı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Ş. Məmmədov Azərbaycan Respublikası Prezdentinin 17 aprel 2004-cü il tarixli Sərancamı ilə Samux rayon İcra hakimiyyətinin başcısı, 26 dekabr 2005-ci tarixli Sərancamı ilə Ağcabədi rayon İcra hakimiyyətinin başçısı, 20 noyabr 2019-cu tarixli Sərancamı ilə Masallı rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

YAP Siyasi Şurasının üzvüdür.

Ailəlidir, 4 övladı var.



Masallılar hər zaman istər 20 YANVAR hadisələrində, I Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində ön cəbhədə və arxa cəbhədə çox fəallıq göstərmişlər. I Qarabağ müharibəsində, 2016-cı ilin Aprel döyüşlərində, İyul savaşlarında, o cümlədən Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmişdir. Masallı rayonunda şəhid ailələri ilə yanaşı Vətən Müharibəsi qaziləri də daim diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyəti Şahin Məmmədov başda olmaqla, aidiyyəti digər rayon təşkilat rəhbərləri ilə birlikdə belə ailələrə baş çəkilir, problemləri öyrənilir və yerində maddi- mənəvi dəstək göstərilir.

Rayon rəhbəri 44 günlük Vətən müharibəsinin şəhid ailələri, qaziləri və döyüşçülərinə qayğı göstərmişdir və bu iş indi də davam edir. Əlbəttə,icra başçısının belə diqqəti rayonun hakimiyyət orqanlarında çalışan, yüksək vəzifə tutan şəxslərlərinə də nümunədir. Ümumiyyətlə, ölkə başısının tapşırığına əsasən bu bir Masallı nümunəsidir ki, hamı işini vətənpərvərlik ruhunda qurmağa səy edir. Bu da öz növbəsində Vətən müdafiəçilərini ruhlandır, Prezidentinə minnətdarlıq bildirir.

Azərbaycan torpaqlarının azad olunmasında hünər göstərən belə döyüşçülərdən biri də hazırda Masallı rayonunun Kəlbəhüseynli kəndində yaşayan Rafət Ülfət oğlu Paşayevdir. Rafət elə gənclərimizdəndir ki, Füzulidən Şuşayadək döyüş yolu keçib, vətənpərvərliyi, hünəri dörd medalla - «Döyüşdə fərqləndiyinə görə», «Füzulinin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə» və «Şuşanın azad olunmasına görə» medalları ilə təltif edilib. Özünü xoşbəxt sanır ki, sinəsinə taxdığı həmin medalların sənədində Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzası vardır...

Şahin Məmmədov həmin qazinin arzusu ilə 6 iyun 2022-ci il tarixdə onu qəbul etmişdir. Qazi ilə görüşdə səmimi söhbət edən icra başçısı 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının, vətənpərvər gənclərimizin qəhrəmanlıq dastanı olduğunu qeyd edərək bildirmişdir ki, məhz hərbiçilərimizin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi uğurlu əməliyyat, göstərdikləri şücaət Azərbaycana tarixi qələbə sevincini yaşatdı. 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımızı azadlığa qovuşdurdu.

Görüşdə söz alıb danışan qazi Rafət Paşayev müharibə dövründə Masallı rayon rəhbərinin döyüşçü ailələrinə maddi və mənəvi dəstəyinə görə razılığını bildirməyə gəldiyini, bir daha Ali Baş Komandanımıza, birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını dilə gətirərək vurğuladı ki, torpağlarımız uğrunda döyüşmək lazım gələrsə bir əsgər kimi yenə də döyüşməyə hazıram.

Görüşdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Kəlbəhüseynli kəndindən gələn Rafətin atası Ülfət Paşayev iştirak ediblər. Onlar şəhid və qazi ailələrinə, döyüşçülərə olan diqqət və qayğıya görə Masallının icra başçısına minnətdarlıq ediblər.


Şahin Məmmədov kimi icra başçılarının xalqın firavan gələcəyi naminə gördüyü işlər heç şübhəsiz ki, dövlətimizin daha da möhkəmlənməsinə xidmət edir. Kütləvi informasiya vasitələri nümayəndələri də onun fəal dövlət məmuru olduğunu hər zaman xüsusilə qeyd edirlər. Sakinləri ilə daim maraqlanmaqla, onlarla sıx-sıx görüşməklə yanaşı, o, həm də bir-başa videokonfranslarla ümummilli məsələlərə bağlı önəmli fikirlər ortaya qoyur.

Bu gün respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da tikinti-quruculuq və abadlıq işləri davam etdirilir. Abadlıq işlərindən biri də rayonuda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsidir.Bu istiqamətdə əməli işlərə başlanılıb. Belə ki, şəhərdaxili və qəsəbələrdə yolların əsaslı şəkildə təmir olunmasını öz axarında davam etdirilir.

Bildiyimiz kimi, 15 İyun Azərbaycanda böyük bayram, Qurtuluş günüdür. Masallıda da bu bayrama böyük hazırlıq işləri gedir.Masallının da şöhrətli günləri xalqımızın Ümummilli İideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illər ərzində Masallıya da səfər etmişdir. Bu tarixi səfərlərin hər biri rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında, adamların mənəviyyatında dərin izlər qoymuşdur. Masallı camaatı bütün zamanlarda dahi rəhbər Heydər Əliyev ideallarına sədaqətli olublar. Xalqımızın Ümummilli Liderinə sonsuz məhəbbət və ehtiram bu gün Masallı rayonunda, onun şəhər və qəsəbələrində, kəndlərində daha qabarıq görünür. Bir vaxtlar "Masallıda çox zəıhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...", - deyən Ulu Öndər Heydər Əliyevin istəyi gerçəkləşməkdədir. Bu gün Masalı başdan-başa təzədən qurulur. Dünən gözəl idi, bu günü daha gözəl olur.

7 iyun 2022-ci il tarixdə Masallı şəhərində bir əmək coşğunluğu, qaynarlıq hiss olunur. Bu rayon əhalisinin, Cənubun mirvarisi gözəl Masallıya səyahət edən, gəlib-gedən qonaqların böyük razılığına səbəb olub. İsti, qızmar Günəş dünəndən adamı yandırır. Buna baxmayaraq Masallı RİH-nin əməkdaşları, zəhmət adamları şəhərin küçə və prospektlərində, park və xiyabanlarda elə həvəslə, elə həvəslə işləyirlər ki, heyrətini gizlədə bilmirsən. Zəhmət adamları bir tərəfdə şəhərdən Ərkivan qəsəbəsinin girəcəyinədək işıq dirəklərini təmir edir, yolların kənarındakı komet daşlarını sarı rənglə rəngləyir, alaq otlarından təmizləyir, xırda daşları yeniləri ilə əvəzləyirlər. Bir sözlə, Masallı şəhər əsl hünər, zəhmət meydançasını xatırladır. Aşkar edilin zibilliklər başqa səmtə daşının. Amma, fikirləşirsən ki, bu zibilliyi öz həyət-bacalarının ətrafında qalaq-qalaq yaradanlar nə fikirləşirlər. Onlar yalnız elə bilirlər ki, yaşadıqları, hasara aldıqları yer təmiz olmalıdır, vəssalam. Həmin sakinlər bilmirlər ki, ətrafı da təmiz saxlamaq lazımdır. Dəfələrlə müşahidə etdiyimiz mənzərəni sakinlərin özünə bildirində bəhanə gətirirlər.
Masallı şəhəri bizimdir, hamımızındır. Onun təmiziyini hamımız qorumalıyıq. Yanaşma bu cür olmalıdır, bəhanələrlə yox… Qurub-yaradan Masallı camaatının işi təqdirəlayiqdir. Onların Masallının abadlaşdırılmasında həvəslə, can-başla iştirak etməsi alqışalayiqdir, əsl vətənpərvərlikdir. Hər əkilən ağacın, hər gül-çiçək kolunun başına dolanan, alağını təmizləyən, suvarılmasını, aqrotexniki qaydada becərilməsini təmin edən zəhmət adamları doğma yurdu Masallını ölkəmizin ən gözəl şəhərləri sırasında görmək eşqiylə yaşayırlar və buna nail olurlar. Əlbəttə, həmin adamları adbaad, soyadbasoyad yazsaq böyük bir siyahı alınar. Məqsədimizə çatmaq üçün həmin adamların şəkillərini oyektivin güzgüsünə saldıq.

Masallı rayonunun Xırmandalı kəndində yay aylarında mal-qaranın içməli su ilə bağlı yaranan problemləri ərazi nümayəndəliyi və sakinlər tərəfindən ciddi narahatçılıq yaratmışdır. 03 Mart 2022-ci il tarixdə ərazidə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Viləşçay su anbarı istismar idarəsinin rəhbərliyi tərəfindən keçirilən səyyar qəbulda kənd sakinləri Viləşçay su anbarı istismar idarəsinin müdiri Rusif Kərimova su quyusunun qazılması ilə bağlı müraciətlər ünvanlanmışdır. Bununla bağlı Viləşçay su anbarı istismar idarəsi tərəfindən Xırmandalı kəndində 2 ədəd 60 metrlik su quyusu qazılması barədə işlərin həyata keçiriləcəyi bildirilmişdir. Hazırda quyuların qazılması işlərinə başlanılmışdır. Su quyusunun qazılmasında, Milli Məclisin deputatı Məşhur Məmmədov, Viləşçay su anbarı istismar idarəsi, Xırmandalı ərazi nümayəndəliyi və kənd sakinlərinin birbaşa dəstəyi olmuşdur.

09 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhvermə komissiyası” ilə birlikdə rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, həmin komissiyanın sədri Məmmədhüseyn Hüseynovun sədrliyi ilə iclas keçirilmişdir. İclasda komissiyanın gündəliyində duran vəzifələr müzakirə edilmişdir. Daha sonra gənclərin narkomanlığa qurşanması, onların təhsildən yayınmasının qarşısının alınması və cəmiyyət üçün layiqli bir şəxsiyyət kimi formalaşdırılması məqsədi ilə rayon və şəhər ümumtəhsil məktəblərinin müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə Masallı şəhər 4 saylı tam orta məktəbdə tədbir həyata keçirilmişdir.


Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Şahin Məmmədov bu qədər işin öhdəsindən peşəkar səviyyədə gəlir. Gördüyü işlərin çətinliyini, məsuliyyətini dərk edən Şahin Məmmədov və kollektivinə "İqtisad.Org" müstəqil xəbər portalı olaraq uğurlar arzu edir, bütün işlərində nəaliyyətlər arzu edirik. Ulu Tanrı sizi qorusun !


Şahin Məmmədov Masallı əhalisinin etimadını qazanıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İtaliya Prezidenti Azərbaycan liderinə məktub ünvanlayıbNarkotik qaçaqmalçıları Zəngilanda sərhədçilərə atəş açıb, saxlanılan varAzərbaycanın radiolarında aşkarlanan nöqsanlar açıqlanıbABŞ dövlət katibinin müavini Azərbaycana səfərə gəlibNeftçalada yol tikintisinə 3,9 milyon manat ayrılıb - SƏRƏNCAMTƏBİB qəzaya düşən məktəblilərin durumu ilə bağlı daha bir məlumat yayıbSənayenin qeyri-neft-qaz sektorunda istehsal 14 %-dən çox artıbAzərbaycanın qeyri neft-qaz sektoruna investisiyalar 15 %-dək artıbBakıda sərnişin taksi sürücüsünün telefonunu danışmaq adı ilə götürərək qaçıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox artıbBeş rayonda ağac kəsilməsi ilə bağlı cinayət işi başlanılıbBu il daha 1500 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev veriləcəkAzərbaycan Ordusunun snayperlərinin təlimi başlayıbKTM: "Ötən ay zəhərlənmə ilə bağlı 756 nəfər müraciət edib, 6 nəfər ölüb"Türkiyə diplomatını öldürən erməni terrorçu İrəvanda saxlanılıbUkrayna daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edibUkrayna və Rusiya 100 hərbçinin meyitini dəyişiblərGəncə Tibb Kolleci islahatların önündə gedən müəssisələrdən biridirHər bir peşə gözəldir, Elxan Hüseynov kimi rektorlar olan yerdəBu insanın gördüyü işlər misilsizdir - Bakı Su Kanal idarəsinin Həmkarlar Təşkilatının sədri Natiq CəbrayılovBinəli Yıldırım: "Artıq Zəngəzur dəhlizi açılmalıdır"İlham Əliyev: “Bizim Qafqaza baxışımız regionda əməkdaşlıq, inteqrasiya və sülhdür”