Bu insanın gördüyü işlər misilsizdir - Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədov

Bu insanın gördüyü işlər misilsizdir -  Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi  Mais Məmmədov
  • 13-06-2022, 14:29
  • 192 dəfə oxunub
Reklam

Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu sosial və iqtisadi kurs bu gün ölkə rəhbəri, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirmiş, dövlət quruculuğu prosesi sürətlənmiş, Azərbaycanda uğurlu sosial və iqtisadi islahatlar aparılmışdır.

Bu gün dövlət siyasətinin əsas prinsiplərindən biri - Azərbaycanın möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması və Azərbaycan xalqının təhlükəsiz şəraitdə, rifah içində yaşamasıdır. Bu məqsədlə yeni iqtisadi proqramlar qəbul edilmiş və bu proqramlar uğurla icra edilir.

Ölkə başçısı həmişə Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, qüdrətlənməsinə, ölkəmizin unikal inkişaf modelinin dünyada tanınmasına töhfə verməyə çalışanların fəaliyyətini yüksək dəyərləndirib.

Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədov da belə dövlət işçilərindəndir.

Fəaliyyətinin ilk günündən Mais Məmmədovun əsas məqsədi Prezident İlham Əliyevin tövsiyyələrinə və rayon İcra başçısının tapşırıqlarına uyğun olaraq rayonda mütamadi saysız-hesabsız xeyirli işlər görmüşdür.

Mais Məmmədov Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəisi təyin olunduğu gündən bəri sakinlərin mənzilkommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, rayonun sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, zibil daşınması, rayon yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və piyada keçidlərinin istismarı və təmiri, rayonun mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçir.

Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnənMais Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Mais Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. Mais Məmmədov rəhbərliyi ilə Mənzil Kommunal Təsərrüfatı Birliyinin yüksək və rəqabətə davamlı səviyyədə qalmasını təmin etmək üçün yeni texnologiyaların mənimsənilməsi, tətbiq olunması işlərin ciddi surətdə peşəkar və dövlət normalarına uyğun şəkildə həyata keçirilməsinə və bir başa layihələrin mükəmməl olmasına amil yaradır.

Bəli, bu gün ki gündəMais Məmmədov prezidentimiz İlham Əliyevə, onun verdiyi tapşırıqlara, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Ona görə də əlindən gələni hər zaman edir ki həm sakinləri həm də dövlət başçımızı razı salsın.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır.Mais Məmmədovi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Mais Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə daima sədaqətli , vəfalı adamdır.

Ona etibar edilən bütün postlarda Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədov özünü doğruldub. Bizdə "İqtisad.Org" xəbər portalı olaraq hörmətli Mais Məmmədova dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İtaliya Prezidenti Azərbaycan liderinə məktub ünvanlayıbNarkotik qaçaqmalçıları Zəngilanda sərhədçilərə atəş açıb, saxlanılan varAzərbaycanın radiolarında aşkarlanan nöqsanlar açıqlanıbABŞ dövlət katibinin müavini Azərbaycana səfərə gəlibNeftçalada yol tikintisinə 3,9 milyon manat ayrılıb - SƏRƏNCAMTƏBİB qəzaya düşən məktəblilərin durumu ilə bağlı daha bir məlumat yayıbSənayenin qeyri-neft-qaz sektorunda istehsal 14 %-dən çox artıbAzərbaycanın qeyri neft-qaz sektoruna investisiyalar 15 %-dək artıbBakıda sərnişin taksi sürücüsünün telefonunu danışmaq adı ilə götürərək qaçıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox artıbBeş rayonda ağac kəsilməsi ilə bağlı cinayət işi başlanılıbBu il daha 1500 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev veriləcəkAzərbaycan Ordusunun snayperlərinin təlimi başlayıbKTM: "Ötən ay zəhərlənmə ilə bağlı 756 nəfər müraciət edib, 6 nəfər ölüb"Türkiyə diplomatını öldürən erməni terrorçu İrəvanda saxlanılıbUkrayna daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edibUkrayna və Rusiya 100 hərbçinin meyitini dəyişiblərGəncə Tibb Kolleci islahatların önündə gedən müəssisələrdən biridirHər bir peşə gözəldir, Elxan Hüseynov kimi rektorlar olan yerdəBu insanın gördüyü işlər misilsizdir - Bakı Su Kanal idarəsinin Həmkarlar Təşkilatının sədri Natiq CəbrayılovBinəli Yıldırım: "Artıq Zəngəzur dəhlizi açılmalıdır"İlham Əliyev: “Bizim Qafqaza baxışımız regionda əməkdaşlıq, inteqrasiya və sülhdür”