Bu il daha 1500 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev veriləcək

Bu il daha 1500 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev veriləcək
  • Bu gün, 02:28
  • 12 dəfə oxunub
Reklam

"Bu il artıq sosial cəhətdən həssas qruplardan olan ailələrə 500-dən çox mənzil verilib. Bu il ərzində ümumilikdə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub".

"Report" xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillə, sosial xidmətlərlə təminatı işlərinə dair keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ötən il 3 000, 44 günlük Vətən müharibəsindən sonra isə ümumilikdə 3500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin edilib:

"Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı keçən il 5 dəfə genişlənib və həmin dövrdə 3 000 mənzilin bu kateqoriyalardan olan şəxslərə verilməsi proqramı icra olunub".

Sədrin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən dövrdə ümumilikdə 12 500-dən çox şəhid ailəsi və müharibə əlilinə mənzil və ya fərdi ev verib: "Dövlət başçısının 25 avqust 2021-ci il tarixli sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillər verilir".

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İtaliya Prezidenti Azərbaycan liderinə məktub ünvanlayıbNarkotik qaçaqmalçıları Zəngilanda sərhədçilərə atəş açıb, saxlanılan varAzərbaycanın radiolarında aşkarlanan nöqsanlar açıqlanıbABŞ dövlət katibinin müavini Azərbaycana səfərə gəlibNeftçalada yol tikintisinə 3,9 milyon manat ayrılıb - SƏRƏNCAMTƏBİB qəzaya düşən məktəblilərin durumu ilə bağlı daha bir məlumat yayıbSənayenin qeyri-neft-qaz sektorunda istehsal 14 %-dən çox artıbAzərbaycanın qeyri neft-qaz sektoruna investisiyalar 15 %-dək artıbBakıda sərnişin taksi sürücüsünün telefonunu danışmaq adı ilə götürərək qaçıbAzərbaycan iqtisadiyyatı 7 %-dən çox artıbBeş rayonda ağac kəsilməsi ilə bağlı cinayət işi başlanılıbBu il daha 1500 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev veriləcəkAzərbaycan Ordusunun snayperlərinin təlimi başlayıbKTM: "Ötən ay zəhərlənmə ilə bağlı 756 nəfər müraciət edib, 6 nəfər ölüb"Türkiyə diplomatını öldürən erməni terrorçu İrəvanda saxlanılıbUkrayna daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edibUkrayna və Rusiya 100 hərbçinin meyitini dəyişiblərGəncə Tibb Kolleci islahatların önündə gedən müəssisələrdən biridirHər bir peşə gözəldir, Elxan Hüseynov kimi rektorlar olan yerdəBu insanın gördüyü işlər misilsizdir - Bakı Su Kanal idarəsinin Həmkarlar Təşkilatının sədri Natiq CəbrayılovBinəli Yıldırım: "Artıq Zəngəzur dəhlizi açılmalıdır"İlham Əliyev: “Bizim Qafqaza baxışımız regionda əməkdaşlıq, inteqrasiya və sülhdür”