Rusiyalı milyarderlər ötən il 6 mlrd. dollar itiriblər

Rusiyalı milyarderlər ötən il 6 mlrd. dollar itiriblər
  • 3-01-2019, 01:20
  • 2 685 dəfə oxunub
Reklam

Rusiyanın ən varlı şəxslərinin cəmi sərvəti 2018-ci il ərzində 5,915 mlrd. dollar azalıb.
İqtisad.Org bu barədə "Bloomberg Milyarderlər İndeksi"nə istinadən xəbər verir.
Reytinq, ümumilikdə, dünyanın ən varlı 500 adamını əhatə edir. Rusiyadan həmin siyahıya 25 nəfər daxil edilib. Hesabat ilində öz sərvətini artırmaq yalnız 9 rus milyarderə qismət olub, qalan 16 nəfərin isə sərvəti azalıb.
Vladimir Potaninin sərvəti il ərzində 687 mln. dollar artaraq 19,6 mlrd. dollara çatıb. O, Rusiyalı milyarderlər arasında birinci yeri tutub. Siyahıda ikinci yerdə Leonid Mixelson yer alıb. Onun sərvəti ötən il ərzində 2,77 mlrd. dollar artaraq 19,4 mlrd. dollara yüksəlib. Bunadək Mixelson varlı ruslar siyahısında ardıcıl dörd ay birinci yerdə olub. Üçüncü yerdə isə il ərzində sərvətinin 146 mln. dollar azalmasına baxmayaraq, Vladimir Lisin yer alıb. Onun sərvəti ilin sonuna 17,9 mlrd. dollar dəyərləndirilib.
Daha sonra reytinqdə 17,4 mlrd. dollar sərvəti ilə Aleksey Mordaşov qərarlaşıb. Milyarder il ərzində 2,23 mlrd. dollar itirib. İlk beşliyi il ərzində sərvətini 3,45 mlrd. dollar artıraraq 16 mlrd. dollara çatdıran “LUKoil” prezidenti Vahid Ələkbərov tamamlayıb.


Rusiyalı milyarderlər ötən il 6 mlrd. dollar itiriblər

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Daşkəsən Rayon Dövlət Yol Polis Bölməsinə yeni təyinat olub“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana bu gün gətiriləcək - YENİLƏNİBQırğız Respublikası və Tacikistan atəşkəs barədə razılığa gəliblərPrezident İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzalayıbAzərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili barədə yeni qərarMövlud Çavuşoğlu: “Azad Rəhimovun vəfatı xəbərini böyük kədər hissi ilə qarşıladım”Elnur Məmmədli: "Azad Rəhimov evdən yox, eldən getdi" - XATİRƏLƏR"Polisəm" deyib qadınları şantaj edən kişi saxlanılıb“Google”da “Bayraktar TB2” barədə məlumatları ən çox ermənilər axtarırMüəllimlərin iş yerinin dəyişdirilməsinə başlanılırDTX rəisi Gürcüstanda rəsmi səfərdə olubXİN-də struktur dəyişikliyi olub, nazir müavininin səlahiyyətləri artırılıb - EKSKLÜZİVDYP sürücülərə müraciət edibLerikdəki qətlin üstü hələ açılmayıb - RƏSMİAbşeronda toy keçirilən restoran sahibi və 65 nəfər cərimələnibAlimpaşa Məmmədov 3 milyon manatlıq şirkəti öz oğluna 40 manata satıbAlimpaşa Məmmədovun mənimsədiyi vəsaitlər açıqlanıbŞəmkirin sabiq icra başçısı Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham olunurHindistanda rekord sayda COVID-19 xəstəsi aşkarlanıbMəktəb direktoru koronavirusdan vəfat edibAAYDA-nın zavodunda fəhlə faciəvi şəkildə ölübDTX Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yaydı